“Juk” təxəllüslü azərbaycanlı rəssam Nərmin İsrafilovanın əsəri ABŞ-ın Nyu-York şəhərində nümayiş olunub. Bu haqda o, öz İnstaqram səhifəsində paylaşım edib.
Rəsmləri Tayms Skverdə işıqlandırılan gəncin Bakıda bir neçə şəxsi sərgiləri keçirilmişdir. Aprelin 22-də isə onun əsərləri dünyanın məşhur incəsənət platformalarından biri olan 59-cu Venesiya Biennalesində təmsil olunub.
Nərmin İsrafilova 1992-ci ildə rəssamlar ailəsində anadan olub. Soydaşımız Əzim Əzimzadə adına texnikumda təhsil alıb. O, 2013-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Rəssamın əsərləri və fəaliyyəti barədə ətraflı məlumatla onun saytında tanış olmaq mümkündür.
View this post on Instagram