Kimya mühəndisliyi ixtisası üzrə Azərbaycanda təhsil alan tələbə Rəşad Əhmədov ABŞ-ın 4 universitetindən tam təqaüdlə təhsil almaq imkanı qazanıb. Bu barədə aprelin 14-də Bakı Ali Neft Məktəbi xəbər paylaşıb.
Rəşad Əhmədov Tulane University, Stevens Institute of Technology, University of Rochester və University of Connecticut-un doktorantura pilləsinə qəbul edilib. O, ABŞ-da reytinqinə görə 34-cü pillədə olan University of Rochester-i seçib. Bu universitet tələbəyə 90 000 dollar təqaüd təyin edib.
R.Əhmədov 2017-ci ildə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına 677 balla daxil olub.