“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində mayın 26-29-da Bakıda əyləncəli proqramlar təşkil olunacaq. Bu haqda martın 28-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən Report məlumat verib.
Festival çərçivəsində su üzərində "Flyboard" şousu baş tutacaq. Şou məşhur ispaniyalı flyboarder Lindsay McQueen-in təqdimatında olacaq.
Paytaxt sakinləri gündə 2 dəfə olmaqla "Flyboard" şousunu izləyə biləcəklər.
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı cari ilin 26–29 may tarixlərində Bakıda keçiriləcək. Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.