Bakıda məşhur fransız fotoqraf Pol Nadarın sərgisi açılıb. Bu barədə 18 dekabr tarixində Apa xəbər verib.
Tədbirdə iştirak edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, sərgidə 70-dək foto nümayiş olunacaq.
“Bu fotolar bizə imkan verir ki, biz gözəl Bakını bir fransızın gözləri ilə görək”, - deyə Fransanın Azərbaycandakı səfiri Zakari Qross söyləyib.
Sərgi 15 fevral 2022-ci il tarixinədək Azərbaycan Milli İncəsənət Muzeyində davam edəcək.