Bakıda 14-17 oktyabr tarixlərində Nizami Gəncəvinin 880 illiyinə həsr olunan İşıq festivalı keçiriləcək. Bu barədə 7 oktyabr tarixində Mədəniyyət Nazirliyi məlumat yayıb.
Təşkil olunacaq festivalda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız Qalasının üzərində 3D audiovizual proyeksiya formatında “Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaq.
Festivalın əsas məqsədi Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Prezidentin Sərəncamına əsasən 2021-ci il “Nizami Gəncəvi İli” elan edilmişdir.