İnsanoid paytaxtın populyar rəqs studiyalarının qiymətlərini müqayisə edib:
Nero Dance Center-də bütün müasir rəqs növləri üçün qiymətlər eynidir: böyüklər üçün qrup şəklində bir dərsin qiyməti 15 AZN-dir. Məşqlər həftədə iki dəfə olmaqla 60 AZN, bir dəfə olmaqla isə 40 AZN təşkil edir. Rəqs növündən asılı olmayaraq, fərdi məşq üçün 30 AZN ödənilməlidir. Bəy və gəlin rəqsi sözügedən studiyada həftədə iki dəfə, 150 AZN-ə təşkil edilir.
Ünvan: Nigar Rəfibəyli 12/14, Passage 1901
View this post on Instagram
Harmony Dance Studio-da dərslər həftədə iki dəfə olmaqla ayda 70 AZN-ə başa gəlir. Burada bəy və gəlin rəqsinin bir dərsi 60 AZN təşkil edir. Lakin aylıq abonement alanlar (400 AZN) 80 AZN endirim əldə edir. Sözügedən məkanda milli rəqs qrupda 70 AZN, fərdi şəkildə isə 350 AZN-dir. Latın Amerika rəqslərinin fərdi şəkildə aylıq qiyməti 300 AZN-dir.
Ünvan: Nizami 203, Af Business House
View this post on Instagram
Jam SS Rəqs Məktəbi-ndə hip-hop, salsa, baçata, tanqo, oriental və milli rəqslər həftədə iki dəfə təşkil olunur. Bundan əlavə, burada pilates və fitnes qarışığı olan bədən korreksiyası mövcuddur. Hər bir rəqsin aylıq ödənişi 8 dərs üçün 50 AZN-dir. Bəy və gəlin rəqsi isə ayda 8 dərs olmaqla 250 AZN-ə öyrədilir.
Ünvan: R.Behbudov 64
View this post on Instagram
1001 Nights studiyasında milli rəqsin və Latın Amerika rəqslərinin 8 dərsi 60 AZN-ə tədris olunur. Oriental rəqs növü isə 70 AZN-dir. Bəy və gəlin rəqsini 1 dərsin qiyməti 25 AZN olmaqla 4-5 dərsə öyrənmək olar. Balet dərsləri yalnız uşaqlar üçün aylıq 50 AZN-ə keçirilir.
Ünvan: Zivərbəy Əhmədbəyov 52, Caspian Plazanın arxasında
Grifon Dance Studio-da bəy və gəlin rəqsinin aylıq ödənişi 160 AZN, milli rəqsin aylıq ödənişi isə 50 AZN-dir. Hər iki rəqs dərsləri ayda 8 dəfə keçirilir. Bu studioda salsa rəqsi olmasa da, miks rəqslər və zumba mövcuddur. Sözügedən rəqslərin 8 dərsi 50 AZN-dir.
Ünvan: Koroğlu Rəhimov 26a (ABU Arena yaxınlığında)
Ayselin Studio-da milli rəqslər və salsa yalnız individual şəkildə təşkil edilir. Hər iki rəqs üçün bir dərsin qiyməti 20 AZN-dir. Bəy və gəlin rəqsinin 8 dərsi 150 AZN-ə başa gəlir.
Ünvan: Nizami metrosu, Tac Mağazasının yanında
R&N Dance School-da salsa və baçatanın aylıq ödənişi 8 dərs üçün 60 AZN-dir. Burada milli rəqslər keçirilmir. Bəy və gəlin dərsləri özəl şəkildə təşkil edilir. Bir dərsin qiyməti cütlük üçün 80 AZN-ə başa gələcək.
Ünvan: Nizami 93 (Gazelli House) 3-cü mərtəbə
Renessans rəqs məktəbində bəy-gəlin rəqsinin 1 dərsi 25 AZN-dir. Rəqsi 3-5 dəfəyə öyrənmək mümkündür. Burada həftədə iki dəfə olmaqla bir neçə rəqs növü qrup şəklində 40 AZN-ə tədris olunur. Fərdi şəkildə məşq etmək istəyənlər isə hər dərsə 10 AZN ödəniş etməlidirlər. Hazırda burada bəy və gəlin rəqsinə endirim mövcuddur: bir dərsin qiyməti 20 AZN-dir.
Ünvan: Sahil metro stansiyasının yaxınlığı