Bakıda sahibsiz heyvanların qidalanmasına dəstək məqsədilə pilot layihə həyata keçirilir. Bu barədə yanvarın 31-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Layihə çərçivəsində heyvanların qidalanmasına xidmət edən sahibsiz heyvanların bəslənmə köşkləri ilkin olaraq nazirliyin inzibati binasının qarşısında qurulub.
Yerləşdirilən iki köşkdən biri qurğuya ödəniş etməklə, digəri isə istifadə olunmuş plastik qabdan istifadə mexanizmi əsasında işləyəcək və 40 qram yemin alınması mümkün olacaq.
Qeyd olunub ki, enerjiyə qənaət məqsədilə köşklər günəş enerjisi ilə təmin olunub. Köşkdə yığılan plastik qab tullantıları toplanaraq təkrar emal ediləcək.