Bakıda yerləşən “Portal Games”in Xətai filialında martın 18-də “Squid Game” serialı əsasında kvest açılıb. Bu haqda məlumat kvest klubunun İnstagram səhifəsində yerləşdirilib.
Burada yalnız 16 yaşdan yuxarı olan şəxslər iştirak edə bilər. Qiymət bir nəfər üçün: həftə içi 28 AZN, şənbə və bazar isə 36 AZN-dir. Hər oyun 3 saat davam edir, bronu isə saat 15:00, 18:00 və 21:00 üçün etmək olar.
Yarışda maksimum 30 nəfərin iştirakı nəzərdə tutulub. Hər bir şəxs ən azı 20 dəqiqə iştirak etməlidir. Oyunu keçə bilməyənlər üçün ikinci şans verilir. Kvesti bitirərək qalib gələn şəxsə priz təqdim olunur.
Yarış zamanı fasilələr olur və iştirakçılara forma, su və qəlyanaltılar verilir.
View this post on Instagram