Bakıda Sea Breeze Resort-da “Summer Fest” adlı yeni musiqi festivalı keçiriləcək. Tədbir 25-29 iyul tarixində təşkil ediləcək.
Festivalda müxtəlif ölkələrdən 150-dən çox müğənni iştirak edəcək: Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti, Emin Ağalarov, Kenan Doğulu və başqaları.
Qiyməti 50 - 600 manat civarında olan biletləri itickets.az saytından əldə etmək mümkündür. Qeyd edilib ki, bundan əvvəl "Жара - 2022" üçün alınan biletlər adıçəkilən tədbir üçün də keçərlidir.