Bakının Xəzər rayonundakı üç xəstəxanaya “Pfizer” vaksini gətirilib. Bu barədə məlumat yanvarın 5-də Xəzər Rayon İcra Hakimiyyətinin Facebook hesabında paylaşılıb.
Belə ki, peyvəndi aşağıdakı tibb müəssisəsində vurdurmaq mümkündür:
- 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (Buzovna qəsəbəsi, R.İmanov küçəsi 2a)
- 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (Binə qəsəbəsi, Aynulov küçəsi 2)
- Xəzər Tİbb Mərkəzi (Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi 6)
Qeyd edək ki, 2022-ci ilin fevralın 15-dən etibarən ikinci dozadan 6 ay sonra COVID-19 pasportu öz qüvvəsini
itirəcək. Vaxtı keçmiş pasport ilə bəzi məkanlara giriş mümkün olmayacaq.