Ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadası keçiriləcək. Bu haqda aprelin 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaqdır.
Olimpiada VIII, IX, X sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq. Olimpiadanın I mərhələsində (30 aprel) iştirak edəcək komandalar aprelin 15-dək elektron qeydiyyatdan keçə bilərlər.
Qalibləri Təşkilat Komitəsi tərəfindən təyin olunan mütəxəssislərdən ibarət Ekspert qrupu müəyyənləşdirəcək.
BŞTİ tərəfindən qaliblərə diplom, medal və hədiyyələr təqdim ediləcək.