Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür.
İlk dəfə FHN 16 il əvvəl 2005 ci ilin 16 dekabr tarixində İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. 2006-cı il 8 dekabr tarixli Sərəncama əsasən isə dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
FHN-ə 2006-ci ildən bu günə kimi general-polkovnik Kəmaləddin Heydərov rəhbərlik edir.
Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qoruyur.
FHN-in daxili qurumları:
- Dövlət Yanğından Mühafizə Xidməti
- Dövlət Yanğın Nəzarəti Xidməti
- Mülki müdafiə qoşunları
- Dövlət Material Ehtiyatları Agentliyi
- Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
- Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Agentliyi
- Su Ehtiyatları Dövlət Agentliyi
- Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi
- Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
- Xüsusi Riskli Xilasetmə Xidməti
- Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti
- Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi
- «İzotop» xüsusi kombinatı
- Fövqəladə Hallar Nazirliyinin Akademiyası