2021-ci il ərzində Azərbaycan Dövlət Film Fonduna 20 dövlət və özəl studiyalarda istehsal olunmuş film daxil olub. Bu haqda dekabrın 25-də Fonddan məlumat verilib.
Buraya “Olimpia”, “Köşk”, “Quyu”, “Levonun son payızı”, “Unudulmuş dəhliz”, “Bizim komandir”, “Qapı”, “Yarıda qalan uçuş”, “Biz”, “27 sentyabr”, “Qələbənin ilk günü”, “Görünməyən qəhrəmanlar”, “Hərbi Hava Qüvvələri”, “Böyük əmr”, “Fulya”, “Tıq-tıqla möcüzələr axtarışında”, “Qobustan” animasiya və sair filmlər daxil olub.
Qeyd edək ki, şəxsi arxivlərə çox sayda müxtəlif afişa, plakatlar, kinematoqrafçılara məxsus şəxsi əşyalar və 1000-dən çox müxtəlif fotosənədlər daxildir.