Azərbaycanda son sutkada COVID-19 əleyhinə 297 vaksin vurulub. Bu barədə noyabrın 29-da Operativ Qərargah məlumat verib.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, buster doza üzrə vaksinasiya olunanların sayı isə 217 təşkil edir.
Ölkədə ümumilikdə 852 729 buster doza vaksin vurulub.
Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 10 486 947-dir.