“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 15-dən etibarən son illərin ən çox gözlənilən filmlərindən biri olan “Avatar 2: Suyun Yolu” filmi nümayiş olacaq. Bu barədə 14 dekabr tarixində Report kinoteatra istinadən məlumat verib.
Rejissor Ceyms Kemeron, Avatar film seriyasında daha üç filmi çəkməyi planlaşdırır.
Filmin ikinci seriyasında birinci filmdə baş rolları canlandıran aktyorlar Sem Uortinqton və Zoi Saldana yenidən çəkiliblər. Ekrana qəhrəmanı ilk lentdə ölən Siqurni Uiver qayıdır.
“Avatar: Suyun Yolu” filminin büdcəsi 350 milyon dollardan çox olub.
Filmin birinci hissəsi 2009-cu ildə ənənəvi 3D formatında nümayiş edilib. Bütün Cənubi Qafqaz ölkələri arasında yeganə təmsilçi olan “CinemaPlus” kinoteatrı eksklüziv olaraq, filmi 4DX formatda nümayiş edəcək.
Qeyd olunub ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq.