Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına 1017 nəfər yoluxub. Bu barədə oktyabrın 9-da Operativ Qərargahdan məlumat verilib.
1119 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər vəfat edib.
Son həftə COVID-19-a yoluxmaların sayında artım müşahidə olunur. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin baş infeksionisti Trend-ə açıqlama verib: “Yumşalmalara gedilir, təmaslar artır, təhsil bərpa olunub. Havaların soyuması ilə insanların qapalı məkanlarda toplaşması halları çoxalıb. Bütün bunlar virusun artmasına səbəb olur”.
Oktyabrın 8-də yoluxma sayı 904 təşkil edib. 1196 nəfər sağalıb, 13 nəfər vəfat edib.