Azərbaycanda son sutkada 11 nəfər COVID-19-a yoluxub. Bu barədə iyunun 1-də Operativ Qərargahdan məlumat verilib.
10 nəfər sağalıb, vəfat edən olmayıb. Aktiv xəstə sayı 48 təşkil edib.
Koronavirus əleyhinə 2 720 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 726 166 təşkil edib.
[gallery columns="1" link="file" size="full" ids="51045"]