Avqustun 9-da Azərbaycanda koronavirus infeksiyasına 1101 yeni yoluxma, 9 ölüm faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
311 nəfər müalicə olunaraq sağalıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, ölüm və yoluxma sayı vaksinasiya olunmayan insanlar arasında yüksəkdir. Mütəxəssislər vətəndaşlara kütləvi toplantılarda iştirak etməkdən çəkinməyi, tibbi maskalardan yararlanmağı, gigiyenik qaydalara əməl etməyi və peyvənd olunmağı tövsiyə edir.
Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 418 754 təşkil edir.
[gallery columns="1" size="full" ids="2734"]