Azərbaycanda son sutkada koronavirusa 1109 yoluxma faktı qeydə alınıb. Bu barədə dekabrın 10-da Operativ Qərargah məlumat yayıb.
1946 nəfər müalicə olunaraq sağalıb, 17 nəfər vəfat edib.
ÜST-ün Azərbaycandakı nümayəndəsi bildirib ki, Azərbaycanda hələ ki, “Omicron” ştamına rast gəlinməyib. Daha öncə “Omicron” ştamının ilkin simptomları baş infeksionist Fərrux Sədirov tərəfindən açıqlanmışdır.