Azərbaycanda son sutkada 1156 nəfər koronavirusa yoluxub. Bu barədə dekabrın 15-də Operativ Qərargahdan məlumat verilib.
1739 nəfər sağalıb, 14 nəfər vəfat edib.
Ölkədə virusa yoluxanların 49,9%-i Bakının payına düşür. Yoluxma göstəricisi Abşeronda 13,7%, Aranda 13,6%, Gəncə-Qazaxda 8,1%, Şəki-Zaqatalada və Quba-Xaçmazda 3,8%, Lənkəranda 2,6%, Dağlıq Şirvanda 2,2%, Yuxarı Qarabağda 1,7%, Naxçıvanda isə 0,6%-dir.
Son sutka ərzində COVID-19 əleyhinə 31 mindən çox peyvənd vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 128 454, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 626 667 nəfər təşkil edir. Ümumilikdə isə 1 205 114 buster doza vurulub.