Azərbaycanda ötən sutkada 12 nəfər koronavirusa yoluxub. Bu barədə aprelin 22-də Operativ Qərargah məlumat yayıb.
18 nəfər sağalıb, ölüm qeydə alınmayıb. Aktiv xəstə sayı 129 təşkil edib.
Ötən sutka ərzində COVID-19 əleyhinə 4 811 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 619 356 təşkil edib.
Qeyd edək ki, mayın 1-dən Azərbaycanda tibbi maska tələbi ləğv edilir.
[gallery columns="1" link="file" size="full" ids="43818"]