Azərbaycanda son sutka ərzində koronavirusa 1210 yoluxma qeydə alınıb. Bu barədə dekabrın 8-də Operativ Qərargahdan məlumat verib.
1853 nəfər müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib.
Son sutkada COVID-19 əleyhinə 33 245 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 772 313 təşkil edib.