Azərbaycanda ötən sutka ərzində koronavirus infeksiyasına 1265 nəfər yoluxub. Bu barədə oktyabrın 13-də Operativ Qərargahdan məlumat verilib.
17 nəfər dünyasını dəyişib, 868 nəfər isə müalicə olunaraq sağalıb.
Son sutkada COVID-19 əleyhinə 36 394 vaksin vurulub. Ümumilikdə 9 073 493 peyvənd vurulub.