Azərbaycanda koronavirus infeksiyasına 1277 nəfər yoluxub. Bu barədə oktyabrın 12-də Operativ Qərargahdan məlumat verilib.
853 nəfər müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib.
Bugünə olan statistikaya əsasən, ölkədə COVID-19-a yoluxanların 54,2%-i Bakının payına düşüb. Yoluxma göstəricisi Abşeronda 13,4%, Aranda 12,1%, Gəncə-Qazaxda 7%, Şəki-Zaqatalada 3,6%, Quba-Xaçmazda isə 3%-dir.
“Son araşdırmalar üçüncü dozanın (buster) vacibliyini aydınlaşdırıb. Buster doza 19-20 dəfə ağırlaşma və ölüm hallarının qarşısını alır”, - deyə infeksionist Mərdan Əliyev bildirib.