Azərbaycanda son sutkada 1315 nəfər COVID-19-a yoluxub. Bu barədə dekabrın 9-da Operativ Qərargahdan məlumat verilib.
1850 nəfər sağalıb, 19 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində koronavirus əleyhinə 34 mindən artıq vaksin vurulub. 4 605 616 nəfər tam vaksinasiyadan keçib, 1 089 819 nəfər isə buster doza vurdurub. Ümumi vurulan vaksinlərin sayı 10 806 373 təşkil edir.