Azərbaycanda son sutka ərzində 1406 nəfər koronavirusa yoluxub. Bu barədə dekabrın 4-də Operativ Qərargah məlumat verib.
1787 nəfər sağalıb, 18 nəfər vəfat edib.
Ölkədə son sutkada koronavirus əleyhinə 36 minə yaxın vaksin vurulub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 675 649-dur.