Azərbaycanda son sutka ərzində koronavirusa 1477 yoluxma faktı qeydə alınıb. Bu barədə oktyabrın 25-də Operativ Qərargahdan məlumat verilib.
628 nəfər sağalıb, 21 nəfər vəfat edib.
Ölkədə son sutkada COVID-19 əleyhinə 366 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 409, tam vaksinasiyadan keçənlərin sayı isə 4 323 260 təşkil edir.