Azərbaycanda son sutkada 1530 nəfər koronavirusa yoluxub. Bu barədə dekabrın 7-də Operativ Qərargahdan məlumat verilib.
1864 nəfər sağalıb, 21 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində COVID-19 əleyhinə 36 minə yaxın peyvənd vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 103 256, tam vaksinasiyadan keçənlərin sayı 4 597 903 nəfər təşkil edib. Ümumilikdə isə 1 037 909 buster doza vurulub.