Azərbaycanda son sutkada 16 nəfər COVID-19-a yoluxub. Bu barədə iyunun 15-də Operativ Qərargahdan məlumat verilib.
12 nəfər sağalıb, vəfat edən olmayıb. Aktiv xəstə sayı 89 təşkil edib.
Koronavirus əleyhinə 1 846 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 748 460 təşkil edib.