Azərbaycanda son sutka ərzində 16 nəfər koronavirusa yoluxub. Bu barədə aprelin 13-də Operativ Qərargahdan məlumat verilib.
41 nəfər sağalıb, 1 nəfər vəfat edib. Aktiv xəstələrin sayı 185 təşkil edib.
Gün ərzində COVID-19 əleyhinə 8 233 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 567 201 təşkil edib.
[gallery columns="1" size="full" link="file" ids="42287"]