Azərbaycanda son sutkada koronavirusa 1678 yoluxma faktı qeydə alınıb. Bu barədə noyabrın 30-da Operativ Qərargahdan məlumat verilib.
1934 nəfər müalicə olunaraq sağalıb, 23 nəfər vəfat edib.
Səhiyyə Nazirliyi COVID-19-un yeni “omicron” ştamı ilə bağlı əhalini vaksinasiyadan keçməyə çağırıb.
Nazirlik vaksinasiya ilə yanaşı, karantin rejiminin qaydalarına riayət etməyin vacibliyini də vurğulayıb: “Məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar normal həyata qayıtmağın yeganə yoludur”.