Azərbaycanda ötən sutka ərzində 1681 nəfər koronavirus infeksiyasına yoluxub. Bu barədə oktyabrın 16-da Operativ Qərargahdan məlumat verilib.
675 nəfər sağalıb, 12 nəfər vəfat edib.
Ötən gün ərzində COVID-19 əleyhinə 30 619 peyvənd vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 954 189, tam vaksinasiyadan keçənlərin sayı isə 4 214 781 təşkil edir.