Azərbaycanda son sutkada koronavirusa 17 yoluxma qeydə alınıb. Bu barədə iyunun 24-də Operativ Qərargah məlumat yayıb.
34 nəfər sağalıb, 1 nəfər vəfat edib. Aktiv xəstə sayı 149 təşkil edib.
Son sutkada COVID-19 əleyhinə 1 427 nəfər peyvənd vurdurub. İndiyədək ölkədə vurulan vaksinlərin sayı 13 759 231 təşkil edib.