Azərbaycanda son sutka ərzində 1763 nəfər COVID-19-a yoluxub. Bu barədə noyabrın 20-də Operativ Qərargahdan məlumat verilib.
2499 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib.
Bugünədək ümumilikdə 572 min nəfər koronavirusa yoluxub. Aktiv xəstə sayı isə 29 min təşkil edir.
Ölkədə son sutkada COVID-19 əleyhinə 33 mindən çox peyvənd vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 047 093, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 519 516, buster doza üzrə vaksinasiya olunanların sayı isə 700 569 təşkil edir.