Azərbaycanda son sutkada 1772 nəfər COVID-19-a yoluxub. Bu barədə dekabrın 2-də Operativ Qərargah məlumat yayıb.
2103 nəfər müalicə olunaraq sağalıb.
Ölkədə son sutka ərzində koronavirus əleyhinə 37 mindən artıq vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 087 717, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 578 492 nəfər təşkil edir. Ümumilikdə isə 938 767 buster doza vurulub.