Azərbaycanda son sutka ərzində 1774 nəfər COVID-19-a yoluxub. Bu barədə noyabrın 11-də Operativ Qərargahdan məlumat verilib.
2365 nəfər müalicə olunaraq sağalıb, 30 nəfər vəfat edib.
Ölkədə son sutkada vurulan peyvəndlərin sayı 42 265 təşkil edib. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 454 456, buster doza üzrə vaksinasiya olunanların sayı isə 521 493 təşkil edir.