Ötən sutka ərzində Azərbaycanda koronavirusa 1880 yoluxma faktı qeydə alınıb. Bu barədə noyabrın 25-də Operativ Qərargahdan məlumat verilib.
1835 nəfər müalicə olunaraq sağalıb, 27 nəfər vəfat edib.
Son sutkada COVID-19 əleyhinə 32 mindən çox peyvənd vurulub. Tam vaksinasiyadan keçənlərin sayı 5 063 688, buster doza üzrə vaksinasiya olunanların sayı isə 787 910 nəfər təşkil edir.