Azərbaycanda son sutka ərzində 1924 nəfər koronavirusa yoluxub. Bu barədə noyabrın 24-də Operativ Qərargahdan məlumat verilib.
1873 nəfər müalicə olunaraq sağalıb, 23 nəfər vəfat edib.
Ölkədə son sutkada COVID-19 əleyhinə 34 mindən çox peyvənd vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 059 543, ikinci mərhələ üzrə 4 538 992, buster doza üzrə isə 764 782 nəfər təşkil edir.