Azərbaycanda son sutka ərzində 1997 nəfər koronavirusa yoluxub. Bu barədə noyabrın 26-da Operativ Qərargah məlumat verib.
2319 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib.
“Koronavirus üçün risk qrupundan olanlardan biri hamilə qadınlardır. Yenidoğulmuşlar arasında da koronavirusa yoluxma halları müşahidə olunur”. Bunu həkim-ginekoloq Təranə Həsənova deyib.
Ölkədə son sutkada COVID-19 əleyhinə 31 minə yaxın peyvənd vurulub. Tam vaksinasiya olunanların sayı 5 067 433, ikinci mərhələ üzrə 4 549 652, buster doza üzrə isə 809 845 nəfər təşkil edir.