Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 2 420 yeni yoluxma, 29 ölüm faktı qeydə alınıb. Bu haqda oktyabrın 28-də Operativ Qərargah məlumat yayıb.
Müalicə olunaraq sağalanların sayı 1 358 nəfər təşkil edib.
Bugün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ölkədə COVID-19 əleyhinə 4-cü doza vaksinin vurulmasına icazə verilib. Bildirilir ki, vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürəndə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur.