Azərbaycanda son sutkada 2 nəfər koronavirusa yoluxub. Bu barədə mayın 9-da Operativ Qərargah məlumat yayıb.
2 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb. Aktiv xəstə sayı 59 təşkil edib.
Son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb. Ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 669 883 təşkil edir.