Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına 2005 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə oktyabrın 21-də Operativ Qərargahdan məlumat verilib.
1011 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib.
İnfeksionist Mərdan Əliyevin sözlərinə görə, koronavirusun ən sürətli yayılan mutasiyası “Delta” ştamıdır. Mütəxəssis qeyd edib ki, insanlar qapalı məkanlarda məsafə saxlamalı və maskadan istifadə etməlidir: "Ən əsas tədbirlərdən biri də vaksinasiyadan keçməkdir”.
Bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada COVID-19 virusunun yeni mutasiyası AY.4.2 yayılmağa başlayıb.