Azərbaycanda son sutka ərzində koronavirusa 2112 nəfər yoluxub. Bu barədə oktyabrın 22-də Operativ Qərargahdan məlumat verilib.
882 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib.
Ölkədə son sutkada COVID-19 əleyhinə 30 886 vaksin vurulub. Vurulan vaksinlərin ümumi sayı 9 320 558 təşkil edir.