Azərbaycanda son sutka ərzində 2124 nəfər koronavirusa yoluxub. Bu barədə noyabrın 18-də Operativ Qərargahdan məlumat verilib.
2669 nəfər müalicə olunaraq sağalıb, 27 nəfər vəfat edib.
Ölkədə son sutkada COVID-19 əleyhinə 36 minə yaxın peyvənd vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 038 225, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 505 772, buster doza üzrə vaksinasiya olunanların sayı isə 657 536 təşkil edir.