Azərbaycanda son sutka ərzində COVID-19 2233 yoluxma faktı qeydə alınıb. Bu barədə noyabrın 19-da Operativ Qərargahdan məlumat verilib.
2401 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib.
Ölkədə son sutkada koronavirus əleyhinə 32 mindən artıq peyvənd vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 042 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 512 674, buster doza üzrə vaksinasiya olunanların sayı isə 678 821 təşkil edir.