Azərbaycanda son sutkada 225 nəfər koronavirusa yoluxub. Bu barədə martın 11-də Operativ Qərargahdan məlumat verilib.
583 nəfər sağalıb, 14 nəfər vəfat edib.
Son sutkada COVID-19 əleyhinə 22 mindən artıq peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 224 872 təşkil edib.