Azərbaycanda son sutkada 2266 nəfər koronavirusa yoluxub. Bu barədə oktyabrın 26-da Operativ Qərargahdan məlumat verilib.
1194 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində COVID-19 əleyhinə 41 mindən çox peyvənd vurulub. 4,3 milyon nəfər tam vaksinasiyadan keçib.