Azərbaycanda son sutka ərzində koronavirusa 2300 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə oktyabrın 27-də Operativ Qərargah məlumat yayıb.
1248 nəfər müalicə olunaraq sağalıb, 27 nəfər vəfat edib.
Bugünə olan statistikaya görə, ən yüksək yoluxma faizi yenidən Bakı şəhərindədir - 53,4%. Abşeronda 13,4%, Aranda 12,4%, Gəncə-Qazaxda 7,3%, Şəki-Zaqatalada 3,6%, Quba-Xaçmazda 3,3%, Lənkəranda isə 2,5% təşkil edir.