Azərbaycanda son sutkada 2706 nəfər koronavirusa yoluxub. Bu barədə noyabrın 4-də Operativ Qərargahdan məlumat verilib.
1937 nəfər müalicə olunaraq sağalıb, 29 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində COVID-19 əleyhinə 45 mindən çox peyvənd vurulub. Əhalinin 44%-i tam vaksinasiyadan keçib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 980 380 təşkil edir.