Azərbaycanda son sutkada koronavirusa 3 yoluxma qeydə alınıb. Bu barədə mayın 26-da Operativ Qərargahdan məlumat verilib.
9 nəfər sağalıb, 2 nəfər vəfat edib. Aktiv xəstə sayı 45 təşkil edib.
Son sutkada COVID-19 əleyhinə 2 933 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 715 913 təşkil edib.
[gallery columns="1" link="file" size="full" ids="50234"]